Türkiyəli fenomen ƏDALƏTSİZLİYİ bir kadra sığdırdı Dünyanı ağladan FOTOLAR


Digərləri 24 Fev 2019 23:05:00 265 0

Türkiyəli fenomen ƏDALƏTSİZLİYİ bir kadra sığdırdı  Dünyanı ağladan FOTOLAR

Fransız yazıçısı və filosofu Şarl Lui Monteskyö deyirdi ki, bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir. Məşhur fars riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyam düşünürdü ki, ədalət kainatın ruhudur. Qədim yunan filosofu Aristotel isə hesab edirdi ki, bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.

Qeyri-adi montaj işləri ilə tanınan Uğur Gallen bütün bu deyilənləri foto layihələrində əyani şəkildə göstərməyə müvəffəq olub. Belə ki, o, dünyada baş alıb gedən ədalətsizliyi və zülmü bir kadra sığdıra bilib.

Son.az xəbər verir ki, məşhur instaqram fenomeninin işləri sosial şəbəkədə böyük maraq doğurur. Dünyanın iki fərqli üzünü bir kadra sığdıran Uğur Gallenin bu layihəni həyata keçirməkdə əsas məqsədi odur ki, insanları düşündürsün və onları şər əməllərdən çəkindirsin...