Dubaya uçan təyyarə qaçırıldı YENİLƏNİB


Dünya 24 Fev 2019 19:25:00 225 0

Dubaya uçan təyyarə qaçırıldı  YENİLƏNİB

19:25

Banqladeşdə naməlum şəxs "Biman Bangladesh Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ələ keçirilən təyyarə Çittanqinqda ara enişi edəcək Dakka-Dubay reysini həyata keçirir.

Bildirilir ki, cinayətkar təyyarənin idarəetməsini ələ keçirmək istəyib. Yerli vaxtla təxminən saat 17:40-da təyyarənin pilotu Çittaqonq hava limanında təcili eniş edib.

"Reuters" agentliyinin məlumatına əsasən, 142 sərnişin təyyarədən çıxarılıb. "Gulf Business" qəzeti bildirir ki, təyyarənin göyərtəsində cinayətkardan əlavə 2 heyət üzvü və hüquq mühafizə orqanlarının əməkdaşları ola bilər.

Qeyd edilir ki, təhlükəsizlik qüvvələri hava limanını mühasirəyə alıblar.

---------

18:18

Banqladeşdə sərnişin təyyarəsi qaçırılıb. 

Son.az Oxu.Az-a istinadən bildirir ki, Biman Bangladesh aviaşirkətinə məxsus təyyarənin Çittaqonq hava limanında olarkən naməlum şəxslər tərəfindən qaçırıldığı deyilir. 

Bildirilir ki, hadisə sərnişinlər təyyarəni tərk etdikdən sonra baş verib. 

Biman Bangladesh şirkətinin nümayəndəsi faktı təsdiqləsə də, əlavə məlumat verməyib. 

Qeyd edək ki, təyyarə Dəkkə-Dubay reysi ilə uçurmuş.

Son.az