Oturaq həyat tərzi ürəyə gedən qanın həcmini azaldır


Digərləri 22 Fev 2019 23:55:00 235 0

Oturaq həyat tərzi ürəyə gedən qanın həcmini azaldır

Fiziki aktivliyi üstün tutan qadınlar oturaq həyat tərzi keçirənlərlə müqayisədə ürək-damar sistemi problemlərindən əhəmiyyətli dərəcədə çox müdafiə olunurlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kaliforniya Universitetinin alimləri müəyyən ediblər: oturaq iş rejimini cəmi bir saat qısaltmaqla siz ürək-damar xəstəlikləri riskini 10 faizdən çox, ürək xəstəliyini isə 25 faizdən artıq azalda bilərsiniz.

Alimlər bu nəticəyə 63-97 yaş arasında olan və insult və ya ürəktutması keçirməyən 5600 qadın üzərində apardıqları müşahidələrdən sonra gəliblər. Təhlillər göstərib ki, fiziki aktivliyin gündəlik hər əlavə saatı damarların və ürəyin xəstəlikləri riskini müvafiq olaraq 12 faiz və 26 faiz azaldır.