Qaynadıb suyunu için Bağırsaqları təmizləyir, həzmi yaxşılaşdırır


Digərləri 22 Fev 2019 22:43:00 233 0

Qaynadıb suyunu için  Bağırsaqları təmizləyir, həzmi yaxşılaşdırır

Şüyüd adətən Rusiyanın cənubunda, aralıq dənizi və qərbi Afrikada zonasında yetişir. Tərkibində müxtəlif faydalı maddələr toplanıb. Eyni zamanda A və C vitaminləri ilə zəngindir. 

Son.az medicina.az-a istinadən şüyüdün faydaları haqqında məlumatı təqdim edir:

Xolesterin

Aparılan elmi araşdırmalara görə, bu göyərtinin istifadəsi qanda xolesterinin yüksəlməsinin səviyyəsini azaldır. Alimlər onun tərkibinə ən yaxın olan alternativ variyant üzərində işləyir. 

Antioksidləşdiricilər 

Şüyüd mikrob əleyhinə ən yaxşı vasitə hesab olunur. Dərman bitkisi kimi onun otu, toxumu, ondan alınan efir yağı da qiymətli müalicəvi təsirə malikdir. 

Həzm problemləri

Şüyüd həmçinin həzm sistemini də tənzimləyir. Mədə ağrıları, mədədə və bağırsaqda yaranan sancıların aradan qaldırılmasında mühüm rol oynayır. Mədədə yaranan qazı stabilləşdirir, köpün ən optimal həll üsuludur. İstifadə zamanı isanlara dəyəcək heçbir mənfi tərəfi yoxdur. Bununla belə allergiyaya meyilli insanlar diqqətli olmalıdır.