"Sosial şəbəkələr boşanmalara səbəb olur"


Digərləri 22 Fev 2019 22:04:00 230 0

"Sosial şəbəkələr boşanmalara səbəb olur"

Millət vəkili Çingiz Qənizadə son illər ailələrin dağılmasının səbəblərindən biri kimi sosial şəbəkələri göstərib.

Son.az ölkə.az-a istinadən bildirir ki, İTV-nin "Diqqət mərkəzi" verilişinin qonağı olan deputat bildirib ki, ötən il qurulmuş altmış min ailədən on iki mini boşanma ilə nəticələnib:

"Bu təxminən iyirmi faiz deməkdir və çox təhlükəli rəqəmdir. Burada sosial şəbəkələrin də rolu var. Məncə, maarriflənməyə ehtiyac  var və bu, sosial şəbəkə üzərindən də aparılmalıdır. Mən dediyim rəqəm rəsmi nikahlara aiddir. Bura küsülü gedənlər və digərləri aid deyil".