Ağdamda zenit top mərmisi tapılıb (FOTO)


Digərləri 22 Fev 2019 22:06:00 206 0

Ağdamda zenit top mərmisi tapılıb (FOTO)

Ağdam rayonunda mərmi tapılıb.

Bakı. Ağdam rayonunda mərmi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 12:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Əhmədağalı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.