Bu tərəvəzləri bişmiş halda yeyin


Digərləri 22 Fev 2019 21:35:00 282 0

Bu tərəvəzləri bişmiş halda yeyin

Adətən tərəvəzlərin çiy halda yeyilməsi məsləhət görülür, çünki onlar yüksək temperatura məruz qalanda tərkibində olan vitamin və mineralların çoxunu itirir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bəzi tərəvəzlərin bişirilmiş halda yeyilməsi məsləhətdir.

Həmin tərəvəzlər sırasında ilk yeri kələm tutur. Liflə zəngin olan kələmi bişirib yeyəndə xolesterinin səviyyəsi aşağı düşür

Digər bir faydalı tərəvəz isə ispanaqdır. Kalsium, dəmir və maqnezium mənbəyi olan ispanağı bişirib yeyəndə onun qida dəyəri üç dəfə artır.

Tərkibində beta-karotin və A vitamini olan yerkökünün də bişirilib qəbul edilməsi faydalıdır.