Nigeriyada içi pulla dolu təyyarə havaya qalxa bilmədi


Dünya 22 Fev 2019 20:04:00 240 0

Nigeriyada içi pulla dolu təyyarə havaya qalxa bilmədi

Nigeriyada kisələrlə nağd pulun daşındığı təyyarə havaya qalxa bilməyib.

Son.az Oxu.az-a istinadən bildirir ki, hadisənin görüntüsünü nigeriyalı naşir və jurnalist Dele Momodu öz "Instagram" səhifəsində paylaşıb.

Videoçarxda təyyarənin quyruq hissəsinin ağır çəkiyə tab gətirə bilməyərək, yerə toxunduğunu görmək olur.

Qısa zamanda aeroportun işçiləri əraziyə axışaraq, problemi aradan qaldırmağa çalışıb.