Lavrov İrəvanı hədələdi Nikol “şoucavab” hazırlayır


Dünya 22 Fev 2019 19:09:00 187 0

Lavrov İrəvanı hədələdi  Nikol “şoucavab” hazırlayır

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşün detalları bəlli olub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Livenews.am" saytı yayıb. Görüş zamanı Lavrov Mnatsakanyana Ermənistanda siyasi məhbusların olduğunu deyib. O, Köçəryanı siyasi məhbus saydıqlarını da söyləyib.

Rusiya XİN rəhbəri bildirib ki, əgər Ermənistan bundan lazımi nəticələr çıxarmasa, məsələ ilə bağlı xüsusi bəyanat yayacaqlar.