Bakıda kişi belə intihar etmək istədi


Digərləri 22 Fev 2019 17:54:00 212 0

Bakıda kişi belə intihar etmək istədi

Bakıda intihara cəhdin qarşısı alınıb. 

Fövqəladə Hallar Nazirliyindən Mİlli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda bir nəfər tikilməkdə olan dördmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə  yerinə cəlb olunub. Xilasedicilər polis əməkdaşları ilə bərabər vətəndaşla psixoloji söhbətlər aparıb. Nəticədə o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində, yer altı tunelin kənarına çıxan 30-35 yaşlarında olan bir şəxs intihar edəcəyini deyir. Hadisə yerinə polis əməkdaşları Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

Hazırda intihara cəhd edən şəxsi fikrindən daşındırmaq üçün FHN əməkdaşları tərəfindən onunla danışıqlar aparılır.

Yolda avtomobillərin hərəkəti dayanıb.

Videonu izləmək üçün şəklə klikləyin: