Milli Meşə Proqramının ilkin layihəsi hazırdır


Digərləri 22 Fev 2019 16:57:00 271 0

Milli Meşə Proqramının ilkin layihəsi hazırdır

"Azərbaycanın ümumu meşə fondu 1 milyon 213 min hektardır ki, bu da ölkə ərazisinin ümumilikdə 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

İ.İbrahimovanın sözlərinə görə, meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biridir.