Zaqatalada iki avtomobil toqquşdu - Ölən var


Digərləri 22 Fev 2019 16:11:00 185 0

Zaqatalada iki avtomobil toqquşdu - Ölən var

Zaqatala rayonunun Göyəm kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Zaqatala rayonunun Göyəm kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 18 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində rayon sakinləri B.Dadaşovun idarə etdiyi “Mercedes” və E.Qədimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Qədimov orada ölüb.