İran ABŞın pilotsuz təyyarəsini “ələ keçirdi”,


Dünya 22 Fev 2019 15:43:00 209 0

İran ABŞın pilotsuz təyyarəsini “ələ keçirdi”,

https://virtualaz.org/dunya/135530

İranın İnqilab Keşikçiləri Korpusunun radioelektron mübarizə bölməsi Rusiyadan alınan "Avtobaza" qurğusunun köməyi ilə ABŞ-ın MQ-9 pilotsuz zərbə-kəşfiyyat təyyarəsini "ələ keçirib". Və təyyarəni idarə edərək onu geri qayıtmağa, havaya qalxdığı bazanın yaxınlığında sərt eniş etməyə "məcbur edib". Bundan sonra amerikalılar öz pilotsuz təyyarələrini məhv etməli olublar.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Amerika təyyarəsinin İran tərəfindən ələ keçirildiyinə dair görüntülər internetdə yayılıb. İnqilab Keşikçiləri Korpusunun Aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə bu məlumatı təsdiq edib və bildirib ki, İraq və Suriya üzərində müntəzəm uçuşlar keçirən bir neçə Amerika pilotsuz kəşfiyyat təyyarəsi onların nəzarətində olub. Və həmin təyyarələrin əldə etdiyi kəşfiyyat məlumatları birinci əldən İran tərəfinin əlinə keçib.

"Suriya və İraq üzərində müntəzəm uçuşlar keçirən yeddi-səkkiz pilotsuz təyyarə bizim tərəfimizdən nəzarət altına alınıb və biz onların topladığı bütün informasiyaları götürmüşük. Biz informasiyaları birinci mənbədən əldə etmişik" - general Hacızadə Həmədan şəhərində jurnalistlərə bildirib.

İnqilab Keşikçiləri Korpusunun radioelektron mübarizə bölmələri həmin pilotsuz təyyarələrin rabitə kanallarına nəzarəti ələ keçirməklə ABŞ ordusunun komanda mərkəzinə də çıxış əldə ediblər.


Xəbərə aid fotolar