Lixtenşteyn poçtu bitkoinlə ticarətə başladı


Digərləri 22 Fev 2019 15:08:57 200 0

Lixtenşteyn poçtu bitkoinlə ticarətə başladı

Lixtenşteyn poçtu bitkoinlə ticarətə başlayıb.

Bakı. Lixtenşteyn poçt xidməti öz şöbələrində kriptovalyutaların satışı və mübadiləsi xidmətlərinin təqdimatına başlandığını elan edib. Trend "Azərpoçt" MMC-nin saytına istinadən məlumat verir ki, fevral ayından başlayaraq arzu edən hər kəs paytaxt şöbələrindən hər hansı birində bitkoin ala, şəxsi pul kisəsi əldə edə bilər.