Həcc ziyarətinin qiyməti açıqlandı


Digərləri 22 Fev 2019 14:45:00 210 0

Həcc ziyarətinin qiyməti açıqlandı

Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti artıq məlum olub.

Son.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.