Azərbaycanda yağış, qar yağacaq


Digərləri 22 Fev 2019 13:28:11 199 0

Azərbaycanda yağış, qar yağacaq

Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq.