Bakı Ali Neft Məktəbinin tələbələri Bolqarıstanda və Yunanıstanda təhsillərini davam etdirəcək


Digərləri 22 Fev 2019 13:13:00 247 0

Bakı Ali Neft Məktəbinin tələbələri Bolqarıstanda və Yunanıstanda təhsillərini davam etdirəcək

Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımovun Avropa Birliyinin Erasmus+ (Erasmus+ Student Mobility Program) proqramı çərçivəsində xaricdə təhsilini davam etdirəcək tələbələrlə görüşü keçirilib.

Son.az xəbər verir ki, görüşdə, həmçinin valideynlər, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimləri və tələbələri, eləcə də Ali Məktəbin məsul əməkdaşları iştirak ediblər.

BANM-da "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan 4-cü kurs tələbələri Hacalı Bayramov və Pərvin Quliyeva Yunanıstanın Qərbi Attika Universitetində, İsmət Ağayev və Elvin Həsənli isə Bolqarıstanın Angel Kançev adına Ruse Universitetində bir semestr təhsillərini davam etdirəcəklər.