Saleh Məmmədov: "Bəziləri Babək prospektində görülən işlərə kölgə salmaq istəyir"


Digərləri 22 Fev 2019 12:15:00 246 0

Saleh Məmmədov: "Bəziləri Babək prospektində görülən işlərə kölgə salmaq istəyir"

Bəzi insanlar yol təmirindən anlayışları olmadığı halda, paytaxtın Babək prospektinin təmiri barədə əsassız iddialar səsləndirirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, həmin şəxslər qurumun gördüyü işlərə kölgə salmaq istəyir: "Biz Babək prospektində yeni yol tikməmişik. Bu yol 1980-ci illərdə salınıb. 1996-98-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yol yenidən qurulub. Həmin yolun aşınma müddəti keçdiyinə görə, Prezident yolun yenidən qurulması barədə tapşırıq verib. Biz də mövcud yolu yenidən bərpa etmişik".