Leyla Şıxlinskayanın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə cəza verildi


Digərləri 22 Fev 2019 10:36:00 190 0

Leyla Şıxlinskayanın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında Ş.Abbasovanın 9 il, Y.Abdullayevanın 2 il, S.Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını istəmişdi.