Misirin məşhur kurort şəhəri daş hasara alınır


Digərləri 21 Fev 2019 23:56:00 295 0

Misirin məşhur kurort şəhəri daş hasara alınır

Misir hökuməti kurort şəhəri olan Şarm-eş-Şeyxin ətrafına daş hasar çəkməyə başlayıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, artıq tikinti işləri getsə də, Cənubi Sinaya qubernatoru Xaled Fuda  məlumatı inkar edir. Divarın hündürlüyü 6 metrdir.

Fuda bildirib ki, əslində layihə 37 kilometrdən çox olmayan uzunluqda beton baryerin quraşdırılmasını və "4 gözəl qapının qoyulmasını" nəzərdə tutur. Onun sözlərinə görə, layihə "Şarm eş-Şeyxin" bəzədilməsi və təhlükəsizliyinin təmin olunması üçün hazırlanıb. Bu isə gələcəkdə həyata keçiriləcək. Layihənin turizmdən itirilən gəlirin qaytarılmasına şərait yaradacağı deyilib.