ÜTT rəsmisi: Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparılıb


Digərləri 21 Fev 2019 23:41:00 234 0

ÜTT rəsmisi: Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusuna həsr olunan tədbir keçirilib.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusuna həsr olunan tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə ÜTT-nin texniki yardım və koordinasiya şöbəsinin rəhbəri Dr.Martin və universitetin professor-müəllim heyəti iştirak edib. UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev bildirib ki, Azərbaycanın ÜTT-yə üzvlük prosesinə və ticarət siyasətinə dəstək olmaq məqsədilə universitetdə dövlət qurumlarının nümayəndələrinin və Dr.Martin Smitzin iştirakı ilə seminar və dəyirmi masalar təşkil olunub, müzakirələr aparılıb.