Avtomobil sahiblərinin diqqətinə: bu detalı ustalar sökərək başqasına sata bilərlər


Digərləri 21 Fev 2019 22:49:00 246 0

Avtomobil sahiblərinin diqqətinə: bu detalı ustalar sökərək başqasına sata bilərlər

Avtomobilində nasazlıq yarandığından ustaya müraciət edən şəxs maraqlı hadisə ilə üzləşib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, məlum olub ki, avtomobilin katalizator adlanan detalının içərisi başqa usta tərəfindən sökülərək götürülüb.

Avtomobil ustası Rəsul Turabov deyir ki, son zamanlar bununla bağlı müraciətlər artıb. Katalizatorun içərisində bahalı metal olduğundan bəzi işbazlar onu sökərək çıxarır.

Rəsul Turabov deyir ki, belə avtomobillər bir müddət normal işləsə də sonradan problemlər yaranır.