Qarında piy:


Digərləri 21 Fev 2019 21:55:00 250 0

Qarında piy:

Bu gün bədəndə yığılan piy - insanın ən böyük düşmənindən birinə çevrilib. Ondan yorucu məşqlərdən tutmuş bütün mümkün pəhrizlərə kimi müxtəlif yollarla xilas olunmağa çalışılır. Əslində piy orqanizmə vacibdir və birmənalı olaraq orqanizmdə problemin göstəricisi deyil. Əsas  məsələ belin ölçüsüdür.

Piy bədəndə paylanmasına görə iki yerə bölünür.

Birincisi dərialtı piy - enerji anbarıdır. Orqanizm onu ehtiyat kimi dəri altında  piy hüceyrələrində saxlayır.

İkincisi - visseral piydir və  daxili orqanların ətrafında, hətta özündə yığılır. İnsan üçün təhlükəli olan da elə bu piydir, çünki orqanların normal funksiyasına mane olur.

Ola bilər ki, insanın normal çəkisi və kütlə indeksi olsun. Lakin  belin dairəsi  qadınlarda 80 sm-i, kişilərdə isə 94 sm-i keçirsə, bu qidalar və fiziki məşqlər barədə düşünməyin vaxtı olduğunu göstərir. Əgər bu göstəricilər uyğun olaraq 88 və 102 sm olarsa arıqlamaq üçün ciddi işlər görülməlidir. Araşdırma göstərir ki, abdominal piylənmə digər faktorlardan asılı olmayaraq çox zərərlidir.

Ürək damar xəstəlikləri

Ehtimal ki, ən böyük risk elə burdadır. Ürək-damar xəstəlikləri - dünyada ən böyük ölüm səbəblərindəndir. Qarın ətrafı piy də  ürək xəstəliyini inkişaf elətdirən faktorlardan biridir. 2013-cü ildə yarım milyon qadın arasında aparılan araşdırma göstərib ki, bel dairəsi nə qədər böyükdürsə, onlarda o qədər tez ürəyin işemik xəstəliyi diaqnozu qoyulub. Hər artıq 5 sm riski 10 faiz artırır.

Son.az faktxeber.com-a istinadən bildirir ki, daha bir elmi iş bu məlumatları təsdiqləyib. Normal çəkisi olan, ancaq beli həkimlərin təyin etdiyi "normadan" geniş olanlar təqribən 2 dəfə çox infarktdan və arteriyal tıxanmalardan əziyyət çəkiblər, həmçinin daha çox ürək və damar xəstəliklərindən ölüblər.

Alimlər bildirirlər ki, visseral piy  həm də endokrin orqandır və bu piy həddindən artıqdırsa orqanizmdə  hormonal  balans pozulur. Beləliklə, metobilzm problemləri və insulinə həssaslıq yaranır ki, bu da ürək üçün təhlükəlidir.

Diabet