Xarkovda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib


Digərləri 21 Fev 2019 17:37:45 227 0

Xarkovda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib

Xarkov şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Bakı. Xarkov şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik və Xarkov şəhərindəki fəxri konsulluğunun birgə təşəbbüsü ilə keçirilən tədbirdə Xarkov Vilayət Administrasiyasının, Xarkov şəhər Şurasının nümayəndələri, səfirliyin diplomatları, nüfuzlu ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diaspor və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək bildirib ki, tarixən ermənilər Azərbaycan xalqına qarşı soyqırımı aktları törədiblər. Xocalı soyqırımı isə XX əsrin ən dəhşətli faciələrindən biridir. Artıq bir sıra dövlətlər Xocalı qətliamına hüquqi-siyasi qiymət veriblər və onu soyqırımı aktı kimi tanıyıblar. Fəxri konsul Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını vurğulayıb.