Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları yaradılıb


Digərləri 21 Fev 2019 17:02:00 215 0

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları yaradılıb

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları - Destinasiya Menecmenti Təşkilatları (DMT) yaradılıb.

Son.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, DMT-nin yaradılmasında məqsəd regionlarda turizmin inkişafı, təşviqi və idarə olunmasıdır. DMT-nin Qubada yerləşən bölməsinin artıq təqdimatı keçirilib.

Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotelləri Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaq.