DGK idxal edilən quzu ətinin gömrük dəyəri ilə bağlı məlumatlara münasibət bildirib


Digərləri 21 Fev 2019 16:18:00 150 0

DGK idxal edilən quzu ətinin gömrük dəyəri ilə bağlı məlumatlara münasibət bildirib

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ildə ölkəyə idxal edilən quzu ətinin gömrük dəyəri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ildə ölkəyə idxal edilən quzu ətinin gömrük dəyəri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Komitədən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində 2018-ci ildə ölkəyə idxal edilən quzu ətinin idxalatçıların təqdim etdiyi invoys qiymətləri nəzərə alınmadan "gömrük orqanları tərəfindən tələb edilən" rəqəmlərlə rəsmiləşdirilməsinə eyham vuran və həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Dövlət Gömrük Komitəsi bildirir ki, 2018-ci ildə ölkəyə idxal olunan və 1 kiloqramının gömrük dəyəri 17.7 ABŞ dolları təşkil edən, ümumilikdə 350 kiloqram quzu ətinin gömrük rəsmiləşdirilməsi idxalatçılar tərəfindən təqdim edilən sənədlər əsasında aparılıb və gömrük orqanlarına təqdim edilən sənədlərdə risk təşkil edəcək amillər yoxdur: