Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları yaradılıb


Digərləri 21 Fev 2019 15:48:59 191 0

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları yaradılıb

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları - Destinasiya Menecmenti Təşkilatları yaradılıb.

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları - Destinasiya Menecmenti Təşkilatları (DMT) yaradılıb. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, DMT-nin yaradılmasında məqsəd regionlarda turizmin inkişafı, təşviqi və idarə olunmasıdır. DMT-nin Qubada yerləşən bölməsinin artıq təqdimatı keçirilib.