Nazirlərdən baş nazirə xəbərdarlıq: “Qiyam olacaq”


Dünya 21 Fev 2019 15:04:00 233 0

Nazirlərdən baş nazirə xəbərdarlıq: “Qiyam olacaq”

Böyük Britaniyanın əmək və pensiyalar naziri Ember Radd, ədliyyə naziri Devid Qok, biznes və energetika naziri Qreq Klark və Şotlandiya məsələləri üzrə nazir Devid Mandell baş nazir Tereza Meyə xəbərdarlıq ediblər ki, martın 29-dək Brüssellə razılıq əldə olunmasa belə, Britaniyanı Avropa İttifaqından sazişsiz çıxarmasın.

Son.az azvision.az-a istinadən xəbər verir ki, nazirlər əks halda Meyin gələn həftə parlamentin qiyamı ilə üzləşəcəyini deyiblər. Hətta bildiriblər ki, onlar özləri və hökumətin digər 20 naziri palamentin "Brexit" prosesinə nəzarəti ələ keçirməsi ilə bağlı müxalif Leyboristlər Partiyasının hüquqşünası İvet Kuperin planını dəstəkləyəcəklər. 

Bu səbəbdən məsləhət görüblər ki, Mey Lissabon Müqaviləsinin 50-ci maddəsini uzatmaqla "Brexit" prosesini yubatsın və boşanma anlaşması ("Brexit" sazişi) üzrə danışıqları yeniləmək üçün London daha çox vaxt qazansın.