Metrodan istifadə edənlərə ŞAD XƏBƏR FOTO


Digərləri 21 Fev 2019 14:57:00 248 0

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR  FOTO

Bu il Bakı metrosunda istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək. 

Son.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir. 

Bununla əlaqədar ötən il dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparılaraq, yekun nəticə kimi, ən sərfəli, səmərəli və Bakı metropoliteninin bütün tələblərini nəzərə alan variant seçilməklə, Rusiyanın "Artyomovsk Maşınqayırma Zavodu "Ventprom" SC ilə müqavilə bağlanılıb.

Həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda "Bakı Metropoliteni"nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində "Ventprom"un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib.

"Bakı Metropoliteni" QSC nümayəndəsinin tələbi ilə sınaq prosesi ventilyatorun qarşısında tuneli imitasiya edən aerodinamik boru quraşdırılaraq, qurğunun bütün texniki parametrləri yoxlanılmaqla aparılıb.

Sınaqdan əvvəl isə idarəetmə lövhələrinin elementləri, avtomatik idarə sistemi, bütün nəzarət-məlumat ötürücüləri yoxlanılıb. Qurğuların istehsal texnologiyası, komplektləşdirici materialların keyfiyyəti analiz edilib. Yoxlamalar və aparılan sınaq prosesi sifarişçinin təqdim etdiyi texniki şərtlərin yerinə yetirildiyini təsdiq edib.


Xəbərə aid fotolar