İslandiya balina ovuna icazəni daha 5 il uzatdı


Dünya 21 Fev 2019 14:59:00 250 0

İslandiya balina ovuna icazəni daha 5 il uzatdı

İslandiyanın Balıqçılıq və Kənd Təsərrüfatı Nazirliyi balina ovuna icazənin müddətini daha 5 il, yəni 2023-cü ilədək uzadıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir Kristian Tor Yuliusson bildirib ki, söhbət bu məməlilərin iki növündən gedir:

"İslandiyada finval və kiçik zolaqlı balina növləri ilə bağlı vəziyyət yaxşıdır və son 10 ildə davam edən ovçuluq onların populyasiyasına böyük mənfi təsir göstərməyib".