"Şamaxıda zəlzələdən 132 ev kəskin qəzalı vəziyyətə düşüb"


Digərləri 21 Fev 2019 13:38:00 200 0

"Şamaxıda zəlzələdən 132 ev kəskin qəzalı vəziyyətə düşüb"

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 3000-ə yaxın ev və obyektə ziyan dəyməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət daxil olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, təkcə şəhər ərazisində 2043 evə ziyan dəyməsi barədə müraciət var: "Daxil olan müraciət əsasında şəhər ərazisində 1954 evə baxış keçirilib. Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 132-i kəskin qəzalı (dağılmış), 526 evin bərpası mümkün vəziyyətdə, 727 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 569 evin vəziyyəti qənaətbəxs hesab edilib".