Beyonse şouya maraqlı müraciət yolladı VİDEO FOTO


Digərləri 21 Fev 2019 13:05:00 199 0

Beyonse şouya maraqlı müraciət yolladı  VİDEO  FOTO

Londonda Britaniyanın musiqi sahəsində ən nüfuzlu mükafatı sayılan "Brit Awards"ın 38-ci təqdimat mərasimi keçirilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, amerikalı müğənni Beyonse Nouls və onun əri, reper Cey Zidən ibarət "The Carters" ikilisi  "Ən yaxşı əcnəbi qrup" nominasiyasında qalib gəliblər.

Beyonse ilə Cey Zi mərasimə qatıla bilmədikləri üçnü "O2 Arena"sındakı şouya videomüraciət yollayıblar. Müraciətdə onlar "Apeshit" videoklipinin bir hissəsini dəyişiblər. Həmin kadrlarda Beyonse və Cey Zi Fransadakı Luvr Muzeyində saxlanılan, Leonardo da Vinçinin əsəri olan "Mona Liza"nın qarşısında durmuşdular.

Müraciətdəki kadrlarda Beyonse ilə Cey Zinin arxasında Britaniya şahzadəsi Harrinin xanımı, Sasseks hersoginyası Meqan Marklın portreti var.


Xəbərə aid fotolar