4 kəndlə əlaqəsi kəsilən yollarda hərəkət bərpa olundu VİDEO FOTO


Digərləri 21 Fev 2019 11:16:00 242 0

4 kəndlə əlaqəsi kəsilən yollarda hərəkət bərpa olundu  VİDEO  FOTO

Avtomobil yollarınının qardan və buzdan təmizlənməsi istiqamətində gecə boyu və səhər saatlarında işlər aparılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, havanın şaxtalı olması səbəbindən magistralların buz bağlamış hissələrinə qum-duz qarışığı səpilib, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şamaxının nəqliyyat əlaqəsi kəsilən 4 kəndi ilə artıq əlaqə bərpa olunub, yollar təmizlənib. Bakı-Şamaxı-Yevlax magistralının bəzi hissələrində, eləcə də İsmayıllı-Muğanlı yolunun 4-7 km-liyində buzlaşma müşahidə olunur. Hazırda əraziyə texnikalar vasitəsilə qum-duz qarışığı səpilir. İsmayıllının Basqal və Lahıc istiqamətində isə yollarda gediş-gəlişdə problem yaşanmır. Sürücü: "Belə hava təhlükəlidir. Allaha təvəkkül gedirik, görək necə olacaq? Buraya kimi yaxşı gəlmişik. İdarə işçiləri də qum səpirlər yollara". Sürücü: "Dünən bu yolu gəlmişdim, bağlı idi. Bu gün yaxşıdır, qum, duz səpirlər". Sürücü: ""Kapron" təkərlə yola çıxmaq məsləhət deyil, normal təkərlə problem deyil. Yol normaldır, gediş-gəliş var".


Xəbərə aid fotolar