Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov “CEO Lunch Baku”nun fəxri qonağı olub (FOTO)


Digərləri 21 Fev 2019 11:00:00 240 0

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov “CEO Lunch Baku”nun fəxri qonağı olub (FOTO)

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov Caspian European Club-un 2019-cu il fevralın 20-də təşkil etdiyi “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib.

Bakı. Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov Caspian European Club-un 2019-cu il fevralın 20-də təşkil etdiyi “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib. Agentlikdən Trend-ə verilən məlumata görə, tədbir Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan Caspian European Club-un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə Mənzil İnşaatı Dövlət Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub.