Gənclər Fondunun Müşahidə Şurasının yeni iclası keçirilib (FOTO)


Digərləri 21 Fev 2019 10:45:00 179 0

Gənclər Fondunun Müşahidə Şurasının yeni iclası keçirilib (FOTO)

Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ilk iclası keçirilib.

Bakı. Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ilk iclası keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, iclasda Müşahidə Şurasının gündəliyi müzakirə edilib və 2018-ci ildə görülmüş işlər barədə hesabat, iclas iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra 2019-cu il Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib, o cümlədən 2019-cu ildə Gənclər Fondunun maddi texniki bazası əsasında fəaliyyətə başlayan Gənclərin Karyera və İnkişaf Mərkəzinin iş strukturu müzakirə olunub.