Səhiyyə Nazirliyindən Binədə sobanın partlaması nəticəsində yanmış ailə üzvlərinin vəziyyəti barədə AÇIQLAMA


Digərləri 21 Fev 2019 10:30:00 205 0

Səhiyyə Nazirliyindən Binədə sobanın partlaması nəticəsində yanmış ailə üzvlərinin vəziyyəti barədə AÇIQLAMA

Səhiyyə Nazirliyi Suraxanı rayonu, Binə qəsəbəsində odun sobasının partlaması nəticəsində yanıq xəsarətləri almış ailə üzvlərinin vəziyyətləri barədə açıqlama verib.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyi Suraxanı rayonu, Binə qəsəbəsində odun sobasının partlaması nəticəsində yanıq xəsarətləri almış ailə üzvlərinin vəziyyətləri barədə açıqlama verib. Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-u saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onlar vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar.