Ağcabədidə 4 otaqlı evin yanması nəticəsində 1 nəfər xəsarət alıb


Digərləri 21 Fev 2019 10:18:00 201 0

Ağcabədidə 4 otaqlı evin yanması nəticəsində 1 nəfər xəsarət alıb

Ağcabədi rayonunun Cəfərbəyli kəndində ikimərtəbəli 4 otaqlı evin yanması nəticəsində bir nəfər xəsarət alıb.

Bakı. Ceyhun Ələkbərov - Ağcabədi rayonunun Cəfərbəyli kəndində ikimərtəbəli 4 otaqlı evin yanması nəticəsində bir nəfər xəsarət alıb. Trend-in məlumatına görə, ötən axşam baş verən hadisə nəticəsində Şənlik kənd sakini 1989-cu il təvəllüdlü Fərhadova Əsmər Qüdrət qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə gələn təcili yardım briqadası xəsarət alan qadını Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Mərkəzi Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, ötən axşam saat 20:05 radələrində Əsmər Fərhadova qarın nayihəsinin termiki yanığı və hər iki budun yanması xəsarətləri ilə mərkəzə daxil olub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.