Naxçıvanda 168 milyon 313 min 400 manatlıq ÜDM istehsal olunub


Digərləri 21 Fev 2019 08:23:00 266 0

Naxçıvanda 168 milyon 313 min 400 manatlıq ÜDM istehsal olunub

2019-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasında 168 milyon 313 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub.

Son.az "Report"a istinadən bildirir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 368,9 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 91 milyon 782 min manat dəyərində məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.