Dünyanın ən yaxşı smartfonları


Digərləri 21 Fev 2019 07:41:00 223 0

Dünyanın ən yaxşı smartfonları

"Business Insider" nəşri dünyanın 20 ən yaxşı smartfonunu açıqlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, birinci yeri gözlənilmədən "OnePlus 6T" tutub. Smartfon yüksək səviyyəli suyadavamlılıq və simsiz enerjitoplama kimi imkanlara malik olmasa da, qiyməti 550 dollar təşkil etməklə estetik görünüşlüdür, yaxşı şəkil çəkir, sürətli işləyir və enerjini tez toplayır.

İkinci pillədə qalın çərçivəli və "LCD" ekranlı "iPhone XR" modeli qərarlaşıb. Üçüncü mövqedə mobil bazarda ən yaxşı kameralı və "Android" sistemli "Google Pixel 3" və "Pixel 3 XL" qərarlaşıb.