Almaniya Rusiyadan raketlərin sayını azaltmağı tələb edir


Dünya 21 Fev 2019 07:45:00 285 0

Almaniya Rusiyadan raketlərin sayını azaltmağı tələb edir

Almaniya Rusiyadan kiçik və orta mənzilli raketlərin sayının azaldılmasını tələb edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Almaniya Federativ Respublikasının hökumət rəsmisi Ulrike Demmer brifinq zamanı belə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Berlin "Orta və kiçik mənzilli raketlərin ləğvinə dair beynəlxalq müqavilə"nin qorunması naminə Moskvaya qarşı mübahisəli raketlərin tam və şəffaf şəkildə azaldılması tələbində israr edir.

Fevralın 2-də Putin ABŞ-ın Avropada qanadlı raketlər yerləşdirməsinə qarşı, Rusiyanın müvafiq addımlar atacağını bildirib.