ÇL: “Mançester Siti” azlıqda olmasına baxmayaraq səfərdə “Şalke”ni məğlub etdi


Digərləri 21 Fev 2019 02:22:29 254 0

ÇL: “Mançester Siti” azlıqda olmasına baxmayaraq səfərdə “Şalke”ni məğlub etdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı keçirilib.

Bakı. Tural Turan - Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı keçirilib. Trend-in məlumatına görə, “Şalke” doğma meydanda “Mançester Siti”ni qəbul edib. Matç qonaq komandanın 2:3 hesabı ilə xeyrinə başa çatıb. Hesabı Aquero 18-ci dəqiqədə açıb. Daha sonra “Şalke”nin futbolçusu Bentaleb ardarda iki penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını irəli çıxarıb. Lakin Sane 85-ci dəqiqədə cərimə zərbəsindən hesabı bərabərləşdirə bilib. 90-cı dəqiqədə isə R.Sterlinq “Mançester Siti”nin üçüncü qolunu vuraraq komandasına çətin qələbə qazandırıb.