Hər dərdin dərmanı olan cücərdilmiş buğda Faydaları, hazırlanması və düzgün qəbulu


Digərləri 20 Fev 2019 23:39:00 291 0

Hər dərdin dərmanı olan cücərdilmiş buğda  Faydaları, hazırlanması və düzgün qəbulu

Cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.

Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərdə satılır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, cücərdilmiş buğda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin funksiyalarına müsbət təsir edir, immuniteti gücləndirir, xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır.

Cücərdilmiş buğdanı müntəzəm olaraq qəbul edən insanlar iş qabiliyyətinin, fəallığın artmasını hiss edirlər.

Adi buğda ilə müqayisədə cücərdilmiş buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir.

E vitamini orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir.

Həmçinin cücərdilmiş buğda B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir və mədə-bağırsaq sistemləri üçün çox vacibdir.