Stounhencin sirri açılır


Digərləri 20 Fev 2019 23:24:00 251 0

Stounhencin sirri açılır

London Universitet Kollecinin alimləri Stounhencin (Stonehenge - İngiltərədə təxminən 2500 il əvvəl inşa edilmiş abidə - red.) inşası üçün mavi daşların çıxarıldığı karxananı araşdırıb. Onlar monolitlərin hansı şəkildə hasil edildiyini öyrənməyə çalışıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "EurekAlert!"də məlumat dərc olunub.

Tədqiqatçılar müəyyən edib ki, yataq bir növ təbii şəkildə formalaşmış dolerit (maqmatik dağ süxuru növü - red.) sütunundan ibarətdir.

Qədim Misirin obelisklərindən (sütun şəklində daş abidə - red.) fərqli olaraq, onları arakəsmələrə döyəcləməklə qayadan asanlıqla ayırmaq olub.

Karxananın divarlarından çıxarılmış, emal olunmamış monolitlər daş və ya torpaq platformalara endirilib. Pazlar isə dolerit sütunların ehtiyatsızlıqdan zədələnməməsi üçün yumşaq formalı argillitdən hazırlanıb.