Polşa hökuməti İsrailin üzr istəməsini gözləyir


Dünya 20 Fev 2019 23:02:00 237 0

Polşa hökuməti İsrailin üzr istəməsini gözləyir

İsrailin xarici işlər naziri səlahiyyətlərini icra edən İsrael Kas ölkəsinin "13-cü kanal"na müsahibəsində Polşadakı yəhudilərin qətliamında polşalıların nasistlərlə əlbir olduqlarını iddia edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu da Polşada səfərdə olarkən oxşar ittihamlar səsləndirmişdi və bu səbəbdən Polşanın Baş naziri Mateuş Moraveskiy İsraildə keçiriləcək beynəlxalq sammitdə iştirak etməyəcəyini bildirmişdi. Baş nazirin dəftərxanasının rəsmi açıqlamasında bildirilir ki, Polşa İsraildə keçiriləcək Vişeqrad sammitində yalnız xarici işlər naziri səviyyəsində təmsil oluna bilər.

Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski isə İsraildən rəsmi açıqlama və üzr gözlədiklərini deyib.