Avstriya hökuməti rohinca qaçqınlarına yarım milyon avro maddi yardım ayıracaq


Dünya 20 Fev 2019 21:38:00 228 0

Avstriya hökuməti rohinca qaçqınlarına yarım milyon avro maddi yardım ayıracaq

Avstriya rohinca qaçqınlarına yarım milyon avro maddi yardım ayıracaq. Bu xəbəri hazırda Cənubi Asiya ölkələrində səfərdə olan Avstriyanın federal xarici işlər naziri Karin Knayssl təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfərini Banqladeşdən başlayan XİN rəhbəri Avstriya Fəlakətlərə Yardım Fondundan Banqladeşə qaçqın axını ilə bağlı dəstək üçün vəsait ayrıldığını bildirib. Avstriyanın 1971-ci ildə Banqladeşin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edən nazir ölkəsinin buradakı qaçqın problemini diqqətdə saxladığını deyib.

Qeyd edək ki, Myanmada müsəlman rohincaların təqibi nəticəsində 2017-ci ildən bəri Banqladeşə bir milyondan artıq qaçqın gəlib.