Ağdamda qəza nəticəsində avtomobildə sıxılıb qalan şəxs xilas edildi


Digərləri 20 Fev 2019 18:31:00 228 0

Ağdamda qəza nəticəsində avtomobildə sıxılıb qalan şəxs xilas edildi

Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində "Opel" markalı minik avtomobilin ağaca çırpılması nəticəsində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri vətəndaşı deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.