Bakıda naməlum şəxslər taksi sürücüsünü qarət etdi


Digərləri 20 Fev 2019 18:17:00 218 0

Bakıda naməlum şəxslər taksi sürücüsünü qarət etdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Suraxanı rayonunun Suraxanı qəsəbəsində yaşayan, 1971-ci il təvəllüdlü Abbasov Gündüz Əlövsət oğlu polisə müraciət edərək bildirib ki, "Neftçilər" metrostansiyası yaxınlığında "Nissan" markalı şəxsi avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən iki nəfər naməlum şəxs Sabunçu rayonu, Bünyadov küçəsindəki "KİA Motors" adlı obyektə getmək istədiklərini bildiriblər. Onlar həmin obyektə yaxınlaşarkən sürücünün boynuna məftil keçirərək pulunu və avtomobilin sənədlərini alıblar. Daha sonra həmin şəxslər avtomobili "Həzi Aslanov" metrostansiyasının yaxınlığına sürdürüb avtomobili tərk ediblər.