Rezidenturaya sənəd qəbulu fevralın 21-dək davam edəcək


Digərləri 20 Fev 2019 16:55:00 197 0

Rezidenturaya sənəd qəbulu fevralın 21-dək davam edəcək

Bu gün saat 16.30-a olan məlumata əsasən 703 namizəd (Azərbaycan bölməsi - 619; rus bölməsi - 84) elektron ərizəsini təsdiq edib.

Bakı. Bu gün saat 16.30-a olan məlumata əsasən 703 namizəd (Azərbaycan bölməsi - 619; rus bölməsi - 84) elektron ərizəsini təsdiq edib. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 74 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 21 fevral saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.