Yol polisləri onları uçuruma düşməkdən xilas etdi


Digərləri 20 Fev 2019 16:24:00 186 0

Yol polisləri onları uçuruma düşməkdən xilas etdi

"Qayıdanda yolu səhv saldıq"

Milli/Az ARB TV-yə istinadən xəbər verir ki, Quba rayonunun Təngəaltı kəndi ərazisində qarlı yolda sürüşərək uçuruma düşmək təhlükəsi ilə üzləşən "Toyota" markalı minik avtomobilindəki şəxslər xilas edilib. Köməksiz vəziyyətdə qalan Bakı şəhər sakini Aqşin Həşimov və Xırdalan şəhər sakini Amil Əliyev avtomobildən əraziyə gələn dövlət yol polisi əməkdaşları tərəfindən çıxarılıb.

Qubaya istirahət məqsədi ilə gələn hər iki şəxs hadisə nəticəsində xəsarət almayıb.


Xəbərə aid fotolar