Məşhur çimərlik zibilxanaya çevrildi


Digərləri 20 Fev 2019 15:46:00 236 0

Məşhur çimərlik zibilxanaya çevrildi

Dünyanın ən populyar və məşhur çimərliklərindən biri, İndoneziyanın Bali adasında yerləşən Kuta indi bərbad vəziyyətdədir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, okeandakı tufan və qasırğadan sonra çimərlik zibilxanaya çevrilib. Dalğalar qumsallığa min tollarla plastik və metal tullantını vurub.

Ətraf mühitin mühafizəsi və ekologiya ilə bağlı ciddi problemlərin yaşandığı Kutada vəziyyət dekabr-mart aylarında xüsusilə acınacaqlı olur.


Xəbərə aid fotolar